50 milyon avroya alındı, indi 20 milyon avroya satılır...

16 Dekabr 2011 12:43 (UTC+04:00)

İngiltərənin \"Çelsi\" futbol klubu keçən mövsüm \"Liverpul\"dan 50 milyon avroya transfer etdiyi Fernando Torresi 20 milyon avroya satışa çıxarır. Siasport.az saytı xəbər verir ki, \"zadəganların\" heyətinə gəldiyi gündən bu yana heç bir uğura imza ata biməyən ispaniyalı futbol ulduzu, artıq yarıtmazlığı ilə baş məşqçi Andre Villaş Boaşın da səbrini tükəndirib.

Belə ki, F.Torresi qış transfer dövründə əldən çıxartmaq barədə rəhbərliyə məruzə edən portuqaliyalı gənc futbol mütəxəssisi, görmək istədiyi yeni heyətdə F.Torresə yer olmadığını açıq şəkildə Roman Abromoviçin diqqətinə çatdırıb. Rəhbərlik isə F.Torresə daha bir neçə mövsüm artıq pul ödəməmək və onu tezliklə başqa kluba satmaq üçün transfer haqqını 20 milyon avroya endirməyi qərara alıb. İngilis mətbuatı yazır ki, R.Abromoviçi bu addımı atmağa vadar edən əsas səbəb, ispaniyalıdan daha artıq ziyan gəlməsinin qarşısını almaqdır.