Bu günün tarixi

16 Dekabr 2011 09:17 (UTC+04:00)

1631 — Vezuvi vulkanının püskürməsi nəticəsində 4000 nəfər həlak olmuşdur.


1773 — Boston çay qonaqlığı - Amerika müstəmləkəçiləri çay vergisinə etiraz əlaməti olaraq, ingilis gəmilərinə hücum edərək 300-dən çox çay qutusunu dənizə tökmuşdür.


1899 — Milan futbol klubu yaradılmışdır.


1914 — Britaniya Misir üzərində protektoratını elan etmişdir.


1920 — 8,5 bal gücündə zəlzələ Çinin Qansu əyalətində 180 000 insanın ölümünə səbəb olmuşdur.


1948 — Kamboca müstəqillik əldə etmişdir.


1949 — Əhməd Sukarno İndoneziyanın ilk prezidenti seçilmişdir.


1959 — Belçika Konqoya müstəqillik vermişdir.


1961 — Milli Qəhraman Salatın Əsgərova anadan olub


1971 — Hindistan ordusu Şərqi Pakistanın paytaxtı Dəkkə şəhərini işğal etmiş, Pakistan hərbi qüvvələri təslim olduqdan sonra atəşkəs elan etmişdir.


1971 — Banqladeş müstəqillik əldə etmişdir.


1978 — Çin Xalq Respublikası və Birləşmiş Ştatlar arasında diplomatik əlaqələr qurulmuşdur.


1979 — Bəstəkar, pianoçu, caz-muğamın banisi Vaqif Mustafazadə vəfat edib.


1990 — Jan-Bertrand Aristid Haitinin demokratik yolla hakimiyyətə gələn ilk prezidenti olmuşdur.


1991 — Naxçıvan MR Ali Məclisi 31 dekabrı "Dünya azərbaycanlılarının birlik və həmrəylik Günü" kimi rəsmiləşdirmişdir.


1991 — Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi yaradılmışdır.


1991 — Qazaxıstan müstəqilliyini elan etmişdir.


1993 — ABŞ-da insanın genetik xəritəsi hazırlanmışdır.


1998 — ABŞ və Böyük Britaniya İraqda "Səhra tülküsü" adlı hərbi əməliyyat keçirərək ölkənin bəzi hərbi obyektlərini havadan bombalamışlar.


2005 — türk yazıçısı Orxan Pamuk "türk şəxsiyyətini təhqir etdiyinə görə" məhkəməyə verilmişdir.


2005 — Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması haqda fərman imzalamış, Kəmaləddin Heydərov nazir təyin edilmişdir.