Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

16 Dekabr 2011 08:24 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 15-də saat 13.30-dan 13.45-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit kəndində yerləşən mövqelərdən Qazax rayonunun Balacəfərli kəndində yerləşən mövqelərimizi;


- saat 18.00-dan 18.30-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;


- saat 23.00-dan 23.05-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Düşmən cavab atəşi ilə susdurulub.