Azərbaycan qrossmeysteri blits və rapid üzrə Avropa çempionatlarında oynayacaq

16 Dekabr 2011 01:21 (UTC+04:00)

Bu gün Varşavada blits üzrə Avropa şahmat çempionatı keçiriləcək. Qitə birinciliyində Azərbaycanı beynəlxalq qrossmeyster Vasif Durarbəyli (2539) təmsil edəcək. Turnirin reytinq-favoriti rusiyalı Yan Nepomnyaşşidir (2730). Yarış İsveçrə sistemi üzrə keçiriləcəkdir: 13 qoşalaşmış tur, hər partiya 3 dəqiqə + hər gediş üçün 2 saniyə.

Dekabrın 17-də və 18-də sürətli şahmat üzrə Avropa çempionatı keçiriləcəkdir. Rapid İsveçrə sistemi üzrə keçiriləcəkdir: 13 tur, hər partiya 15 dəqiqə + hər gediş üçün 10 saniyə. Birinci gün səkkiz turun partiyaları, ikinci gün isə 9-cu turdan 13-cü turadək partiyalar oynanılacaq.

Birinci yarışda 427, ikincisində isə 795 şahmatçı iştirak etmək istədiyini bildirib.