İnşaat materialları bazarında ilin ən yüksək qiymət azalması baş verib

15 Dekabr 2011 15:52 (UTC+04:00)

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi tərəfindən 2011-ci ilin noyabr ayında Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialının növbəti monitorinqi aparılıb, təklif və tələb araşdırılıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən xəbərə görə, arаşdırılаn məhsullаr üzrə rеspublikаmızdа istеhsаl оlunаn mаllаrın ümumi həcmdə pаyı 52,0% təşkil еdib ki, bu nisbət əvvəlki аylаr ilə müqаyisədə artıb. Noyabr ayı ilin ən yüksək qiymət azalması (-2,67%) ilə yadda qalıb. Qiymət düşmələri 2011-ci il ərzində aprel (-0,40%), avqust (-0,68%) və sentyabr aylarında (-0,41%) qeydə alınıb. Əsasən idxal məhsulları üzrə baş verən qiymət azalmasını ötən aylara nisbətən ilin sonuna doğru alıcı kütləsinin nisbi zəifləməsi, ötən aylardan bəri müşahidə edilən qiymət artımlarının nisbətən əvvəlki vəziyyətinə qayıtması ilə əlaqələndirmək olar. Mövsümi amillərlə bağlı olaraq alıcı passivliyinin hiss olunması bazarda tikinti materiallarının bolluğuna səbəb olub ki, bu faktor da qiymət azalmasına təsirsiz ötüşməyib. Beləliklə, noyabr ayında qiymət artımı müşahidə edilən tikinti materialları aşağıdakı kimi olub:

DSP

+16,3

Künyə

+1,4

DVP

+20,0

Şveller

+2,2

Qiymət azalması müşahidə edilən tikinti materiallarının siyahısı isə aşağıdakı formada qeydə alınıb:

Mişar daşı

-0,8

Dəmir boru

-2,9

Qum

-4,1

Dəmir təbəqə

-5,9

Çınqıl

-12,5

Sink təbəqə

-3,3

Taxta

-2,2

Katinka

-12,5

Şifer

-0,9

Şüşə

-0,4

İzolyasiya

-15,0

Digər tikinti materialları üzrə qiymətlər sabit qalıb.

2011-ci ilin noyabr ayında müşahidə edilən qiymət fərqi ötən ayla müqayisədə -2,67% təşkil edib. İlin əvvəli ilə müqayisədə orta qiymət göstəricisi 16,2% artımla, ötən rübün müvafiq dövrü ilə müqayisədə -0,4% azalma ilə qeydə alınıb. 2010-cu ilin müvafiq dövrünə nisbətdə isə bu fərq 19,1% artım təşkil edib.

Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi, ötən ayla müqayisədə, idxal məhsullarını 1,08% üstələyərək 52% olub.