Yeni yaradılan uşaq internet portalının təqdimatı olub

15 Dekabr 2011 14:44 (UTC+04:00)

Bu gün "ELS" Müstəqil Araşdırmalar Mərkəzi "Vətəndaş cəmiyyəti gələcəyimiz naminə" layihəsi çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yaradılan uşaq internet portalının (www.educult.az) təqdimetmə mərasimini keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən mərkəzin rəhbəri İradə Yaqubova portalın yaradılmasına sentyabrın 15-dən başlandığını deyib. Onun sözlərinə görə, portalda ədəbiyyat nümunələri, klassik əsərlərlə yanaşı uşaqlarla bağlı baş verən tədbirlər, hadisələr və nailiyyətlərin də əks olunduğunu bildirib. O, portalın xarici dillərdə də səhifələrinin açılması istiqamətində işlər görüləcəyini vurğulayıb.


Tədbirdə çıxış edənlər bu kimi addımların uşaqların və gənclərin inkişafı üçün vacib olduğunu bildiriblər.