Azərbaycan yığması Valentin Qranatkinin xatirəsinə həsr olunmuş yarışa qatılacaq

15 Dekabr 2011 13:59 (UTC+04:00)
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş futbol üzrə XXIV ənənəvi beynəlxalq turnirin təqvimi artıq müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Sankt-Peterburqda keçiriləcək yarışda Azərbaycan yığmasının rəqiblərindən biri olan Çin komandası yarışda iştirak etməyəcəyi üçün millimiz qrupda Sankt-Peterburq şəhərinin komandası ilə qarşılaşacaq. Azərbaycan yığması yanvarın 4-də Finlandiya, bir gün sonra Sankt-Peterburq komandası ilə görüşəcək. Turnirin final oyunu yanvarın 10-da keçiriləcək.