Mister Binə bənzəyən azərbaycanlı müğənni-FOTOSESSİYA

15 Dekabr 2011 13:51 (UTC+04:00)

Azərbaycanlı müğənni Yaşar Cəlilov özünü dünyanın ən yumoristik aktyoru olan Mister Binə bənzədirmiş. SİA-nın obyektivinə tuş gələn ifaçı bunu özü etiraf etdi.

Şəkillərinin çəkildiyini görən müğənni obyektivə poz verərkən bu sözlərinə dedi: "Çəkin-çəkin, Mister Binə bənzəyirəm. Hətta onun daha gülməli "variantıyam"-deyərək zarafat da etdi.

Onu da vurğulayaq ki, müğənni açıqlamasında yaradıcılığında olan yenilik barədə də söz açdı: "Yeni klip çəkdirmişəm. Sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsus "Bilməzdim bilirəm" adlı mahnıya. Klipdə skripka ifaçısı Səlim və "Eurovision-2012" mahnı yarışmasının milli seçim turlarının iştirakçısı olan "Ad Gloriam" rok qrupuna müşayiət etmişik".

Qeyd edək ki, "Bilməzdim bilirəm" mahnısına çəkilən klipin ssenari müəllifi və rejjissoru Nail Naiboğlu, quruluşcu operatoru isə Elmir Süleymanovdur.