Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları tənzimlənib. Bu barədə NK-nın yaydığı məlumatda deyilir.
Prezident İlham Əliyev dekabrda sosial təminat, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma, elm və elmi-tədqiqat müəssisələrinin (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) səhiyyə, təhsil (ali məktəblər istisna olmaqla) sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında bir sıra fərmanlar imzalayıb.
Həmin fərmanlara görə, 2011-ci il dekabrın 1-dən yuxarıda göstərilən müəssisələrin işçilərinin əməkhaqları 10 faiz artırılıb.
Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan elm və elmi tədqiqat müəssisələri istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 93,5 |
2 | 98 |
3 | 103 |
4 | 108 |
5 | 113 |
6 | 118 |
7 | 123 |
8 | 128 |
9 | 133 |
10 | 138 |
11 | 143 |
12 | 150 |
13 | 162 |
14 | 174 |
15 | 188 |
16 | 220 |
17 | 303 |
18 | 382 |
19 | 644 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan bölməsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli
Əməyin ödənilməsi dərəcələri | Aylıq tarif (vəzifə) maaşı (manatla) |
1 | 120 |
2 | 125 |
3 | 130 |
4 | 135 |
5 | 140 |
6 | 145 |
7 | 150 |
8 | 160 |
9 | 170 |
10 | 180 |
11 | 190 |
12 | 200 |
13 | 210 |
14 | 230 |
15 | 250 |
16 | 290 |
17 | 370 |
18 | 450 |
19 | 680 |
Bir müddət əvvəl Azərbaycan Maliyyə Nazirliyindən deyildiyi kimi, ölkə Prezidentinin son fərmanlarına əsasən, əməkhaqlarının artırılması büdcə təşkilatlarının 667,9 min işçisini əhatə edəcək.
"Əməkhaqqının 10 faiz artımının ödənilməsinə 2011-ci ildə 12,9 milyon manat həcmində əlavə vəsait yönəldiləcək. Əməkhaqqı artımının maliyyələşdirilməsi məqsədilə 2012-ci ildə dövlət büdcəsindən əlavə 154,7 milyon manat ayrılacaq", - nazirlikdən məlumat verilib.
Dekabrın 15-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.