\"Beşiktaş\" İstanbulda ingilislərə \"futbol dərsi\" keçdi!

15 Dekabr 2011 11:53 (UTC+04:00)
Dünən axşam UEFA Avropa Liqasında sonuncu qrup oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, azərbaycanlı futbol azarkeşlərinin də azarkeşlik etdikləri və yaxından dəstəklədikləri Türkiyənin \"Beşiktaş\" futbol klubu, öz meydanında İngiltərənin \"Stok Siti\" klubunu qəbul edib. \"İsmət İnönü\" stadionundakı möhtəşəm azarkeş dəstəyi altında keçən qarşılaşma, \"qara qartal\" üçün heç də yaxşı başlamayıb. Belə ki, qarşılaşmanın 28-ci dəqiqəsində ingilislər Fullerin qolu ilə irəli çıxıblar. Amma oyunun 59-cu dəqiqəsində \"futbol lotereyası\" İstanbul nəhənginin üzünə gülüb.
Belə ki, hakim kobudluqa görə ingilislərin futbolçusunu meydandan qovaraq \"Stok Siti\"nin qapısına penalti təyin edib. Fernandes mükəmməl zərbə ilə hesabı bərabərləşdirib. 10 nəfərlə qalan ingilis klubu üçün bundan sonrakı dəqiqələr əsl kabus kimi keçib. İstanbul klubu oyunda bütün nəzarəti əlinə alaraq Mustafa Pektemekin və Edunun qolları ilə 3:1 hesablı qələbə qazanaraq qrupu 12 xalla lider kimi başa vurub. \"Stok Siti\" isə 11 xalla ikinci olub. Keçirilən qarşılaşmalar və qeydə alınan nəticələri diqqətinizə şatdırırıq:

D qrupu

"Sürix" (İsveçrə) – "Vaslui" (Rumıniya) - 2:0
"Latsio" (İtaliya) – "Sportinq" (Portuqaliya) - 2:0
E qrupu

"Dinamo" (Ukrayna) – "Makkabi" (Təl-Əviv, İsrail) - 3:3
"Beşiktaş" (Türkiyə) – "Stok Siti" (İngiltərə) - 3:1
F qrupu

"Slovan" (Slovakiya) – "Zalsburq" (Avstriya) - 2:3
PSJ (Fransa) – "Atletik" (İspaniya) - 4:2
J qrupu

"Makkabi" (Hayfa, İsrail) – "Şalke" (Almaniya) - 0:3
"Styaua" (Rumıniya) – AEK (Kipr) - 3:1
K qrupu

"Visla" (Polşa) – "Tvente" (Hollandiya) - 2:1
"Fulhem" (İngiltərə) – "Odense" (Danimarka) - 2:2
L qrupu

"Şturm" (Avstriya) – AEK (Yunanıstan) - 1:3
"Anderlext" (Belçika) – "Lokomotiv" (Rusiya) - 5:3