Yol-nəqliyyat hadisələri beş nəfərin həyatına son qoydu

14 Dekabr 2011 18:06 (UTC+04:00)

Beyləqan rayonunun Əhmədli kəndində Xalac kənd sakini Rövşən Mirseyibov idarə etdiyi "ZAZ-968" markalı avtomaşını su kanalına aşırıb. Nəticədə sürücü və sərnişin Ezan Nəzərova hadisə yerində dünyalarını dəyişib.

DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şabran rayonu ərazisində isə yerli sakin Mahir Hüseynovun idarə etdiyi "VAZ-21063" və Lənkəran rayon sakini Xəzər Babayevin sürdüyü "Hyundai" markalı avtomaşınlar toqquşub. Xəsarət almış hər iki sürücü xəstəxanada ölüb. Digər bir hadisə Binəqədi rayonu ərazisində baş verib. Sabirabad rayon sakini Dəyanət Cəfərov "VAZ-2107" markalı avtomaşını idarə edərkən paytaxt sakini Yusif Məmmədovu vurub. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktlarla bağlı araşdırma aparılır.