Amerika-Azərbaycan münasibətləri müzakirə ediləcək

14 Dekabr 2011 17:34 (UTC+04:00)

Vaşınqtonda Amerika-Azərbaycan münasibətləri müzakirə ediləcək. SİA-nın xəbərinə görə, Atlantika Şurası Dinu Patriçiu Avrasiya Mərkəzində dekabrın 22-də keçiriləcək məsləhətləşmələrin əsas mövzusu Amerika-Azərbaycan münasibətləri və Cənubi Qafqazın perspektivləri olacaq.

Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, ABŞ-ın Bakıdakı keçmiş səfiri Ross Uilson və bir sıra ekspertlər iştirak edəcəklər. Məsləhətləşmələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin perspektivləri də müzakirə ediləcək.