Bakı-Xırdalan yolunda tıxac yaranıb

14 Dekabr 2011 12:31 (UTC+04:00)

Bugün Bakı – Xırdalan yolunda uzun maşın karvanını xatırladan tıxac yaranıb. SİA-nın xəbərinə görə, avtomobillər saatlarla yolda gözləməli olub. Tıxaca səbəb isə yollarda rekonstruksiya işlərinin aparılması olub. Ərazidə heç bir polis gözə dəyməyib.