Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub

14 Dekabr 2011 09:38 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 13-də saat 13.35-dən 14.10-dək Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnə Qışlaq kəndində yerləşən mövqelərimizi saat 12.00-dan 12.15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.00-dan 17.10-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.