Ermənistanın İsveçrədəki səfiri: “Ermənistan hökuməti xalqa nəfəs almaq imkanı vermir”

13 Dekabr 2011 20:47 (UTC+04:00)

Ermənistan hökuməti xalqa nəfəs almaq imkanı vermir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri fransalı sənətçi, Ermənistanın İsveçrədəki səfiri Şarl Aznavur deyib.

Ş.Aznavur bildirib ki, hazırki iqtidar ölkəni gənclərdən məhrum edir və gənclər ölkədən gedir. Belə ki, bu problem siyasi deyil, ümumbəşəri xarakter alıb: "Hazırda mənim ölkəmdə daxili soyqırım baş verir. Mən bunu qəbuledilməz sayıram".