Benilüks Azərbaycanlıları Konqresinin III Qurultayı keçiriləcək

13 Dekabr 2011 14:57 (UTC+04:00)

Dekabrın 17-də Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III Qurultayı və yaradılmasının 5 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək. SİA-nın xəbərinə görə, qurultayın işində millət vəkilləri, siyasi xadimlər, Hollandiyada və Belçikada akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, Azərbaycan və Türk diaspor təşkilatlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Qurultayda BAK-ın yeni İdarə Heyəti formalaşdırılacaq, yeni sədr seçilcəkdir.

Mərkəzi mənzil-qərargahı Amsterdam şəhərində yerləşən BAK 2006-cı ildə yaradılıb. Fəaliyyət göstərdiyi müddət ərzində BAK Benilüks ölkələrində Azərbaycan diasporunun təşkilatlanması işində mühüm işlər görüb. BAK Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında, xalqımızın milli-mədəni irisinin, zəngin tarixinin təbliğ olunmasında bir sıra kütləvi tədbirlər həyata keçirib və hazırda Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədəyönlü iş aparır.

Benilüks ölkələrində fəaliyyət göstərən İraq türkmənlərinin icmaları da BAK-ın tərkibinə daxildir.