Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilib

12 Dekabr 2011 19:56 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Marif Sabir oğlu Kazımovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, dövlət başçısı Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 112-ci maddəsinə uyğun olaraq, Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən Marif Sabir oğlu Kazımov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək, Gədəbəy Rayon Məhkəməsinin hakimi təyin edilməsini qərara alıb.