ABŞ hərbçiləri Pakistanı tərk edir

12 Dekabr 2011 18:41 (UTC+04:00)

ABŞ hərbçiləri Pakistanın cənub-qərbindəki hərbi hava bazasını tərk ediblər. SİA-nın "Zaman" a istinadən verdiyi xəbərə görə, Pakistan hərbçiləri Bəlucistan vilayətində Şəmsi bazasına nəzarəti bu gün təhvil aldıqlarını bildiriblər.

ABŞ hərbçiləri bu bazadan Pakistan-Əfqanıstan sərhədi yaxınlığındakı Talibana qarşı mübarizədə uzun illər istifadə ediblər. Hələ ABŞ rəsmiləri bazadan çıxmaq haqda xəbəri təsdiqləməyiblər.

Qeyd edək ki, Pakistan hökuməti ABŞ qüvvələrinə bazanı tərk etmək üçün dekabrın 11-dək vaxt vermişdi.