230 kq-dan artıq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

12 Dekabr 2011 18:09 (UTC+04:00)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. SİA-nın nazirliyin rəsmi saytına istinadən məlumata görə, monitorinqlər zamanı;

Bakının Nərimanov rayonunda

Həsənoğlu küçəsi 851, bina 10 ünvanında yerləşən "Əsmər market"də; Təbriz küçəsi, ev 94 ünvanındakı Fazil Rüstəmova məxsus mağazada;

Binəqədi rayonunda

C.Hacıbəyli küçəsi, ev 68 ünvanında yerləşən "Sənan market"də; S.Məmmədova küçəsi 6M, ev 205B ünvanındakı "Makros supermarket"də; H.Seyidzadə küçəsi, ev 38 ünvanında yerləşən "Banana market"də;

Nəsimi rayonunda

R.Axundov küçəsi, ev 11, mənzil 2 ünvanında Ağa Nağıyevə məxsus marketdə; Ə.İsgəndərov küçəsi, ev 17 ünvanındakı "Şahbaz market"də; 20 Yanvar küçəsi, ev 2 ünvanında yerləşən "Real-S market"də;

Nizami rayonunda

Sabir küçəsi, ev 37, mənzil 1A ünvanındakı "Ruzi market"də; Füzuli rayonunda Horadiz şəhəri, 20 Yanvar küçəsində Rövşən Quliyevə məxsus mağazada;

Göygöl rayonunda

Balzılı kəndində Mehriban Cəfərovaya və Şükür Mahmudova məxsus mağazalarda ümumi çəkisi 230 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.