Dubay Əmirliyinin rəsmi qəzetində Heydər Əliyevin anım mərasimi ilə bağlı məqalə dərc edilib

12 Dekabr 2011 18:02 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin rəsmi qəzeti olan Al-Bayan qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi haqqında məqalə dərc edilib. SİA-nın xəbərinə görə, "BƏƏ-dəki Azərbaycan diasporu Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirmişdir" sərlövhəli məqalədə Azərbaycan Cəmiyyətinin təşkil etdyi simpozium barədə ətraflı məlumat verilib.

Qəzetdə qeyd olunur ki, simpoziumda Azərbaycan, Türk və Ərəb xalqlarının nümayəndələri geniş tərkibdə iştirak edib. Qəzet Al-Bayan qəzeti tədbirdə BƏƏ-dəki Azərbaycan diasporunun rəhbəri Samir İmanovun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri və xidmətləri sayəsində nəinki regionda, bütövlükdə dünyada özünəməxsus yer tutaraq beynəlxalq aləmdə nüfuzlu dövlətlərdən birinə çevrildiyi barədə fikirlərinə geniş yer ayırıb. Məqalə müəllifi 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra respublikanı vətəndaş müharibəsi və ümumiyyətlə müstəqilliyini itirmə təhlükəsindən qurtardığını qeyd edib.

Müəllif simpoziumda Azərbaycan Cəmiyyətinin sədri Samir İmanovun Birləşmiş Ərəb Əmirlikləri xalqını və dövlətini BƏƏ-nin yaranmasının və birləşməsinin 40 illik yubileyi münasibətilə təbrik edib. Məqalədə BƏƏ ilə Azərbaycan arasında münasibətlərə də toxunulmuş və qeyd olunmuşdur ki, iki ölkə arasında sıx əlaqələr mövcuddur. Məqalədə BƏƏ-nin 1991-ci ildə özünün dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikasını ilk tanıyan ölkələrdən biri olduğu vurğulanıb.