Hindistanda yanğın nəticəsində ölənlərin sayı 88 nəfərə çatıb

12 Dekabr 2011 17:14 (UTC+04:00)

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərindəki xəstəxanada yanğın nəticəsində ölənlərin sayı 88 nəfərə çatıb. SİA-nın verdiyi məlumata əsasən, artıq yanğın söndürülüb. Yanğının səbəbi araşdırılır. Çoxsaylı insan tələfatı ilə nəticələnmiş yanğın hadisəsi ilə əlaqədar xəstəxana rəhbərliyinə qarşı cinayət işi başlanıb.

Xatırladaq ki, yanğının xəstəxananın zirzəmisində başladığı və binanın 4 mərtəbəsinədək yayıldığı bildirilir.