Ağırlıqqaldıranlarımız Londonda birinci oldular

12 Dekabr 2011 12:42 (UTC+04:00)
Londonda Yay Olimpiya Oyunları ərəfəsində ağır atletika üzrə test turniri keçirilir. Siasport.az saytı xəbər verir ki, Atletlər Olimpiadanın ağırlıqqaldırma yarışlarının keçiriləcəyi zalda qüvvələrini sınayırlar. Dekabrın 8-dən start götürmüş yarışlarda Azərbaycan idmançısı İntiqam Zairov (94 kq) da iştirak edir. İdmançımız birdən qaldırmada 171 kq, təkanla isə 206 kq-ın öhdəsindən gəlib. İ. Zairov ümumu nəticədə 377 kq qaldırmaqla turnirin qalibi olub. Digər idmançımız Yuliya Dovqal (+75 kq) isə yarışlara dekabrın 11-də qoşulub. XXX Yay Olimpiya Oyunlarına 5 kişi ağırlıqqaldıranımız vəsiqə qazanıb. Lakin olimpiadanın təşkilat komitəsi test-turnirini yalnız yuxarı çəki dərəcələri üzrə keçirmək barədə qərar qəbul edib.