4 nəfər dəm qazından zəhərləndi

10 Dekabr 2011 15:01 (UTC+04:00)

Azərbaycanda bir gündə 4 nəfər dəm qazından zəhərlənib. SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb. Belə ki, dünən Sumqayıt şəhər sakinləri Elnur Paşayev, Əziz Məmmədov, Şabran şəhər sakinləri Ramin Məhərrəmov və həyat yoldaşı Vəfa Məmmədzadə öz evlərindən dəm qazından zəhərləniblər. Zərərçəkənlər xəstəxanaya gətirilib.