Yeni Azərbaycan Partiyasının nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

10 Dekabr 2011 11:36 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvləri, nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə bağlı Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin və YAP-ın yaradıcısı, xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.


Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb.