Səməd Seyidov: "AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanla bağlı məsələ müzakirə ediləcək" - MÜNASİBƏT

10 Dekabr 2011 12:34 (UTC+04:00)

2012-ci il yanvarın 15-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Parisdə keçiriləcək iclasında çox ciddi müzakirələr aparılacaq. Bunu jurnalistlərə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.


"Müzakirələr bir sıra Avropa ölkələrində olan iqtisadi böhranla bağlı aparılacaq. Həmçinin iclasda Azərbaycanla bağlı müzakirələrin aparılması nəzərdə tutulub" - deyə nümayəndə heyətinin rəhbəri bildirib. S.Seyidov deyib ki, məruzəçilər iclasda çıxış edərək öz mövqeyini bildirəcəklər.


Seyidovun sözlərinə görə, AŞPA Monitorinq Komitəsinin məruizəçilərinin Azərbaycana səfəri bu ilin noyabr ayında nəzərdə tutulsa da, onların səfəri növbəti ilin yanvar ayında baş tutacaq.