Röya ilə Sevinc “düşmən gözü\" çıxartdılar - FOTOSESSİYA

9 Dekabr 2011 19:47 (UTC+04:00)

Bu gün müğənni və aparıcı Sevinc Ağaşirinova "Həyat" adlı klipini təqdim edib. SİA xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçən konfransın yeganə qonağı Sevinclə yaxın dost olan məşhur müğənni Röya Ayxan oldu.

Sözləri Günel Əsgərovaya, musiqisi Ruhinə məxsus olan "Həyat"adlı mahnıya, Avstraliyada rejissor kimi təhsil almış Vüqar İslamzadə quruluş verib.

Sevinc tədbirə vaxtından tez qatılsa da Röya jurnalistləri gözləməli oldu. Ancaq gec başlayan mətbuat kofransı tənqidli suallarla keçdi. Sevinc tənqid atəşinə tutuldu və bir çox iradlarla üzü-üzə gəldi.

Klipi izləyən jurnalistlər eyni anda "Sən Röyanın fanatısan və özünü Röya ilə reklam edirsən" kimi suallar səsləndirdilər. Təmkin nümayiş etdiərən Sevinc susmadı: "Röya xanımla rəfiqələyimiz illərə söykənir və bu mənim üçün şərəfdir ki, o, yanımda olub, əsas dəstəkçimdir".

Gəlişi ilə "görəsən Röya gələcəkmi?", "bəlkə də heç tədbirə qatılmayacaq!" suallarının üstündən xətt çəkən bir nömrəli müğənni zala daxil olan andan "hücum" taktikasını işə saldı. Rəfiqəsinin xoş gününə irihəcmli notlarla bəzədəlmiş mikrofon heykəlciyini gətirən Röya, elə ayaqüstü söhbətin ondan getdiyi başa düşüb, danışmağa başladı. "Bəli, bugün mən fəxrlə Sevincə dəstək olduğumu dilə gətirirəm. Ailəmin qəbul etdiyi, bacılarım qədər mənə doğma olan qızdır Sevinc. Bir də deməsəm böyük günah olar, iki il öncə "Doğma diyar" kampaniyası ilə Azərbaycanı qarış-qarış gəzməyə çıxdığımız zaman ən böyük dəstəyi Sevinc və dostumuz, tele-aparıcı Samir Bayramlıdan aldım. Bu insanlar təmənna güdmədən gecə-gündüz bilmədən komandamıza qoşuldular, konsertlərdə aparıcı kimi səhnəyə çıxdılar. Mən bu yaxşılığı əsla unuda bilmərəm. Gizlətməyəcəyəm, söz vermişdim ki, Seva ilə duet oxuyum, hesab edirəm ki, mahnının kantasında etdiyim ifa ilə daha da dolğunlaşdırdım. Və bir parka şeir söylədim. Sevincə bir tövsiyyəm var, qoy vaxtilə yardım etdiyim bəzi həmkarlarım ki, "Röya sənə kömək edir"sözlərini eşidəndə, qıcıqlanmasın. Nankor çıxan dostlarımı itirmək mənə çətin olsa da Sevincin yanımdan getməsini heç zaman istəmərəm. Siz jurnalistlərə gəldikdə isə xahiş odur ki, balaca səsi, amma böyük ürəyi seçilən Sevinc Ağaşirinovaya dəstəyinizi əsirgəməyin. Müğənnilik karyerasında tək qoymayın, inanın, o, etimad olunası qızdır"- Röya belə dedi.

Debata çevrilən mətbuat konfransının xoşluqla sona çatdı. Tədbirboyu ələ-ələ sıxıb yanaşı əyləşən mehriban bacılar, \"düşmən gözü çıxarırmış\" kimi maqazin verilişlərinə də birgə müsahibə verdilər.

Onu da qeyd edək ki, mahnıda eləcə də çəkilən klipdə Röya bek-vokal olub.


Foto müəllifə məxsusdur