Ölkə ərazisində hava şəraiti pisləşəcək

9 Dekabr 2011 18:20 (UTC+04:00)

Ölkə ərazisində dekabrın 10-da hava şəraiti pisləşəcək, temperatur 3-5 dərəcə enəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, dekabrın 10-u gündüzdən, 11-i səhərədək hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcək, şimal-qərb küləyinin güclənəcək, axşam və gecə yağış yağacaq.

Meteoroloqlar Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağını, əsasən yağmursuz keçəcəyini, günün ikinci yarısında havanın tədricən tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı olduğunu bildiriblər. Güclü şimal-qərb küləyi əsəcəyi paytaxt ərazisində havanın temperaturunun gecə 2-5 dərəcə isti, günün birinci yarısında 7-9 dərəcə, günün ikinci yarısında isə 4 dərəcəyə yaxın isti olacağı gözlənilir. Rayonların hava durumuna gəldikdə isə dekabrın 10-da bəzi rayonlarda yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi praqnozlaşdırılıb. Arabir güclənən qərb küləyinin əsəcəyi bölgələrimizdə havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı gözlənilir.