PayPoint sisteminin tətbiqinə başlanılacaq

9 Dekabr 2011 15:41 (UTC+04:00)

Yaxın vaxtlarda yol hərəkəti qaydalarını pozanlar cərimələri PayPoint ödəmə terminalları vasitəsi ilə ödəyə biləcəklər. SİA-nın məlumatına görə, PayPoint – mərkəzləşdirilmiş sistem vasitəsi ilə POS terminal və ödəmə köşklərində cəriməni dərhal ödəmə etmək mümkündür. Ödəmə mobil telefon, internet, kabel və peyk televiziyaları vasitəsi ilə də edilə bilər. Həmin sistem vasitəsi ilə kommunal borcları da ödəmək mümkün olacaq. Sistem işə düşəndən sonra plastik kartlar vasitəsi ilə də ödəmə həyata keçirməsi üçün şərait yaradılacaq.