Jurnalistlərin binasında 154 jurnalist yaşayacaq

9 Dekabr 2011 12:46 (UTC+04:00)

Jurnalistlər üçün inşa olunan bina 2013-cü ilin sentyabrında tam hazır olacaq. Bina iki blok, 16 mərtəbə, 154 mənzildən ibarət olacaq. Elə binada da 154 jurnalist yaşamaq imkanı qazanacaq.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan SİA-ya verilən məlumata görə, artıq mənzillərin inşası məqsədilə sənədləşdirmə işləri başa çatıb və tezliklə tikintiyə başlanılacaq.


Ev almaq istəyən jurnalistlər üçün isə kriteriyalar müəyyənləşdiriləcək. Həmin kriteriyalara uyğun gələn jurnalistlər sənəd təqdim edə biləcək.