160 kq-dan artıq ərzaq malları satışdan çıxarılaraq məhv edilib

8 Dekabr 2011 17:46 (UTC+04:00)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlak üçün yararsız mallar aşkarlanıb. Nazirliydən SİA-ya verilən məlumata görə, monitorinqlər paytaxtın 4 rayonunda keçirilib;


Bakının Nəsimi rayonunda

Cavadxan küçəsi, ev 10 ünvanında İslam İsmayılova məxsus mağazada;

S.Vurğun küçəsi, ev 19 ünvanındakı "Citimart supermarket"də;

Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən "Neptun supermarket"də;

Bülbül prospekti, məhəllə 392, korpus A ünvanındakı "Çinar market"də,


Səbail rayonunda

Nizami küçəsi, ev 92 ünvanında yerləşən "Planet market"də;

İstiqlaliyyət küçəsi, ev 23, mənzil 2 ünvanında Eyvaz Baxşəliyevə məxsus mağazada;

Ə.Cavad küçəsi, ev 18 ünvanında Püstə Rəcəbovaya məxsus mağazada;

İstiqlaliyyət küçəsi, ev 47/13 ünvanında German Bekerova məxsus mağazada;

B.Sərdarov küçəsi, ev 2, mənzil 14 ünvanında Telman Əlizadəyə məxsus mağazada;

A.İsgəndərov küçəsi, ev 3/5, mənzil 29 ünvanında Tarayəddin Səmədova məxsus mağazada;


Binəqədi rayonunda

Atatürk prospekti, ev 65 B ünvanındakı "Baku-Mart market"də;


Nərimanov rayonunda

Atatürk prospekti, ev 27/29 ünvanında yerləşən "Koka-kola market"də;

Aşıq Molla Cümə küçəsi, ev 22 ünvanındakı "İlqar market"də;

Təbriz küçəsi, ev 94 ünvanında yerləşən "Şəms market"də insan orqanizmi üçün təhlükəli olan yararsız məhsullar aşkarlanıb. Ümumilikdə, çəkisi 160 kq-dan artıq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib. Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.