Qəddafinin oğlu Meksikaya qaçmaq istəyib

8 Dekabr 2011 16:48 (UTC+04:00)

Meksikanın daxili işlər naziri Alehandro Poire Sədi Qəddafi və ailəsinin saxta ad və sənədlərlə sentyabr ayında Meksikaya girməyi planlaşdırdığını açıqlayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə əsasən meksikalı nazir bu məsələ ilə bağlı olaraq 2 meksikalı, bir kanadalı və bir danimarkalının həbs edildiyini söyləyib