Vladimir Kliçkonun vəziyyəti yaxşılaşıb

8 Dekabr 2011 14:40 (UTC+04:00)
Ən ağır çəkidə üç nüfuzlu versiya üzrə dünya çempionu ukraynalı Vladimir Kliçkonun vəziyyəti iki cərrahiyyə əməliyyatından sonra artıq tam normallaşıb. Siasport.az saytı xəbər verir ki, bu barədə onun qarşıdakı döyüşünün təşkilatçıları məlumat veriblər. Bir gün əvvəl rəsmən elan edilmişdi ki, onun dekabrın 10-da Düsseldorfda keçirilməsi planlaşdırılmış fransız Jan-Mark Mormeklə döyüşü baş tutmayacaq. Təşkilatçılar döyüşü martın 3-nə təyin etmək niyyətindədirlər, Mormek isə martadək Parisdə aralıq döyüş keçirmək fikrindədir.