2012-ci ilin bayram günləri məlum oldu

8 Dekabr 2011 14:04 (UTC+04:00)

Nazirlər Kabineti "2012-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edib. SİA-nın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2012-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 19, 20 avqust Ramazan bayramı, 25, 26 oktyabr isə Qurban bayramı elan edilib.


Qanunvericiliyə uyğun olaraq, həmin günlər geyri-iş günləri hesab edilir.