Atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun əsgəri yaralanıb
8 Dekabr 2011 11:25 (UTC+04:00)
Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar. SİA-nın Qarabag bürosunun məlumatına görə, hadisə cəbhənin Tərtər istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində, Milli Ordunun əsgəri, 18 yaşlı Vahid Mobil oğlu Hüseynli güllə yarası alıb. Əsgər hospitala yerləşdirilib.