\"Azərenerji\" ayın sonuna kimi yeni layihə təqdim edəcək

8 Dekabr 2011 11:51 (UTC+04:00)

\"Azərenerji\" ASC-ti uzunluğu 48 kilometr olan \"Səngəçal - Müşfiq\" xəttinin tikintisi və \"Müşfiq\" yarımstansiyasında transformatorun quraşdırılması üzrə işləri davam etdirir. \"Azərenerji\" ASC-nin mətbuat xidmətinin rəhbəri Fəridə Behbudovanın SİA-ya verdiyi məlumata görə, layihə başa çatdıqdan sonra Bakının mərkəzi hissəsinin enerji təchizatını daha da yaxşılaşacaq, keyfiyyət artacaq: "İlin sonuna kimi layihənin reallaşdırılması üzərində iş yekunlaşacaq. Onu da deyim ki, paytaxtda inşa olunan 110 kilovoltluq yeraltı yarımstansiya da artıq şəbəkəyə qoşulmağa hazırdır. Bu layihələrin həyata keçirilməsi isə Abşeron yarımadasında enerji təhlükəsizliyinin keyfiyyətini artıracaq".