Nəsimi rayonu ərazisində piyada vuruldu

8 Dekabr 2011 10:15 (UTC+04:00)

Nəsimi rayonu ərazisində naməlum avtomaşınla Lerik rayon sakini Qismət Ağayev vurulub. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, xəsarət almış piyada xəstəxanada tibbi yardım aldıqdan sonra buraxılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.