Rauf Zeyni: “Biz bir yerdə \"İrəvan, Xankəndi, Şuşa\" söyləməliyik”

7 Dekabr 2011 22:15 (UTC+04:00)

Beynəlxalq Diaspora Mərkəzi (BDM) bir çox istiqamətlərdə milli-mənəvi dəyərlərimizin təbliğində, Azərbaycançılığın, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmasında çox geniş fəaliyyət göstərib.

Bunu SİA-ya açıqlamasında Milli Qeyri-hökumət təşkilatı Forumunun prezidenti Rauf Zeyni bildirib: "Bu il bu tədbir Sumqayıt şəhərində daha zəngin təşkil olunub. Beləki bu il bura həm sərgi, həm tarixi eksponatlar əlavə olunub. Biz əgər Dağlıq Qarabağı və digər torparlarımızı işğaldan azad etmək istəyiriksə biz bir yerdə \"İrəvan, Xankəndi, Şuşa\" söyləməliyik. Nə qədər ki, bizim tarixi torpaqlarımız işğal altındadır bizim QHT və Beynəlxalq Diaspora Mərkəzi (BDM) tək Azərbaycanda deyil bütün dünyada bu tipli tədbirlərin təşkil olunmasını təşkil edəcək", - deyə Rauf Zeyni bildirib.