Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi bir dəqiqəlik uşaq cizgi filmləri müsabiqəsinə işlərin təhvil verilməsi dekabrın 15-də başa çatacaq. Nazirlikdən SİA-ya verilən məlumata görə, müsabiqədə animasiya kinosu ilə məşğul olan şəxslər iştirak edə bilər. Müsabiqəyə təqdim olunan filmlərə işlənmə texnikası üzrə məhdudiyyət qoyulmur.
Qaliblərin adları dekabrın 28-də nazirliyin saytında və "Mədəniyyət" qəzetində açıqlanacaq. Müsabiqənin iki qalib layihənin müəllifləri 2012-ci ildə on və beş dəqiqəlik cizgi filmi çəkmək hüququ qazanacaq.