İlham Mirzəyev ikinçi dəfə ata oldu

6 Dekabr 2011 18:31 (UTC+04:00)

Uzun illərdir Space TV-nin efirində yayımlanan "Etiraf" verilişin aparıcısı, psixologiya elmləri namizədi, dosent İlham Mirzəyev ikinci dəfə ata oldu.

Qız övladının doğum günü sevincini SİA-nın müxbiri ilə bölüşən İlham bu sözləri dedi: "Mən bütün ailələrə körpə səsi arzulayıram. Bir oğlum var idi. Noyabrın 10 da oğlumun 8 yaşı tamam oldu. Tanrı mənə sanki ən böyük hədiyyəsini 45 illik yubileyimdə veri. Qız övladını çox arzulayırdıq. Oğlumun 8 yaşı tamam olandan düz bir ay sonra da yenidən ata oldum. Qız atası olmaq o qədər şərəflidir ki, hamıya arzulayıram. Tanrı heç bir qapını övladsız qoymasın. Şükürlər olsun ki, Allahım bu arzumu ürəyimdə qoymadı".