İranın XİN rəhbəri Türkiyə, Bolqarıstan, Almaniya və Tacikistandan olan həmkarları ilə görüşüb

6 Dekabr 2011 18:31 (UTC+04:00)

İranın xarici işlər naziri Əli Əkbər Salehi Bonnda keçirilən Əfqanıstan naminə beynnəlxakq konfrans çərçivəsində Türkiyə, Bolqarıstan, Almaniya və Tacikistandan olan həmkarları ilə təkbətək görüşlər keçirib.

SİA-nın "MEHR"-ə istinadən verdiyi xəbərə görə, görüşlərdə ikitərəfli münasibətlər, regional inkişaf, o cümlədən, Əfqanıstan məsələsi müzakirə olunub.