Allahşükür Paşazadə qan verib

6 Dekabr 2011 12:34 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı "Təzəpir" məscidində keçirilən qanvermə aksiyasında iştirak edib. SİA-nın xəbərinə görə, Allahşükür Paşazadə ilə yanaşı onun müavinləri – Hacı Sabir Həsənli, Hacı Salman Musayev, QMİ əməkdaşları da qan verib. Hazırda qanvermə aksiyası davam edir.


İlahə Vəliyeva