Klinton suriyalı müxaliflərlə görüşəcək

6 Dekabr 2011 12:04 (UTC+04:00)

ABŞ Xarici işlər naziri Hillari Klintonun bu gün İsveçrənin Cenevrə şəhərində Suriyalı müxaliflərlə görüşəcəyi bildirilib. SİA-nın xəbərinə görə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yığıncağı səbəbi ilə Litvanın paytaxtı Vilnusda olan Klinton insan haqqları mövzusunda Cenevrə şəhərində suriyalı 7 müxaliflə görüşəcək. Qeyd edək ki, bu Klintonun bu il içində suriyalı müxaliflərlə ikinci görüşüdür.