\"Fukusima-1\" AES-də sızma baş verib

5 Dekabr 2011 19:42 (UTC+04:00)

Yaponiyanın Fukusima prefekturasında 5,1 bal gücündə zəlzələ baş verib. SİA-nın xəbərinə görə, ərazidə yerləşən \"Fukusima-1\" atom-elektrik stansiyasında hər hansı bir dağıntının olmadığı bildirilsə də, sonradan stansiyada radioaktiv su sızmasının olduğu açıqlanıb. Mütəxəssislər atom-elektrik stansiyasının 3 reaktorunun soyudularaq dayandırılmasına hazırlıq işlərini davam etdirirlər. Reaktorların daxilindəki temperatur suyun qaynama nöqtəsindən aşağı düşməlidir. Mütəxəssislər buna ilin sonunda nail olacaqlarına ümid edirlər. Bundan sonra \"Fukusima-1\" AES-dən 20 kilometr məsafədə yaşayan sakinlərin tədricən öz evlərinə qayıtması mümkün olacaq. Martın 11-də baş vermiş güclü zəlzələ və sunamidən sonra meydana gəlmiş qəzanın nəticələrinin aradan qaldırılması isə hələ uzun illər çəkəcək.