Gələn il ANAMA tərəfindən Əfqanıstanın 1500-2000 müəlliminə təlimlər keçiriləcək

5 Dekabr 2011 18:29 (UTC+04:00)

Azərbaycanın mina təmizləmə sahəsindəki təcrübəsi dünyanın bir çox mina və mərmi problemi olan ölkələrlə bölüşülür və bunun yaymaq nəzərdə tutulur. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin Minalar Üzrə Maarifləndirmə şöbəsinin meneceri Musa Cəlalov SİA-ya açıqlamasında bildirib ki, bu istiqamətdə Əfqanıstan tərəfi ilə razılıq əldə olunub. Onun sözlərinə göər, hazırda Əfqanıstan tərəfi ilə birgə proqram həyata keçirilir.

"Bu il Əfqanıstan məktəblərinin 150 müəlliminə ANAMA mütəxəssisləri tərəfindən kurslar keçirilib. 10500 ədəd dari dilinə tərcümə edilən dərslik ANAMA tərəfindən hazırlanaraq Əfqanıstana göndərilib. Gələn ildə daha 15 min ədəd dari dilində kitabın çap edilərək Əfqanıstana göndərilməsini planlaşdırmışıq. Dekabr ayında bu iş başa çatacaq. Növbəti ildə Əfqanıstanın daha 1500-2000 müəlliminə proqramla bağlı təlimlərin keçirilməsi nəzərdə tutulub", - deyə o əlavə edib.