Bu gün \"Eurovision-2012\"nin Milli seçim turlarının 2-ci həftəsinə start verilir

5 Dekabr 2011 12:35 (UTC+04:00)
Bu gün \"Eurovision-2012\" mahnı müsabiqəsinin Milli seçim turlarının 2-ci həftəsinə start verilir. SİA-nın məlumatına görə, bu həftənin iştirakçıları Rüfət Əliyev, Mehriban Sadıqova, Fərid Həsənov, İlham Həmidov, Hüseyn Abdullayev, Məryam Kərimova, Sehri Rəhimova, "Live or Leave" qrupu və Elvin Babazadə olacaq.


Bu gün onlar dünya estradasından mahnılarla səhnədə olacaq. İştirakçılar həftənin 5 günü canlı yayımda ifa və performanslarını təqdim edəcək. Həftənin cümə günü isə münsiflər heyətinin və tamaşaçıların SMS səsverməsi nəticəsində qalib bəlli olacaq.


Milli seçim turunu bu gün, saat 22:00- da İctimai Televiziyanın canlı efirində izləyə bilərsiniz.