Futbol üzrə Azərbaycan kubokunun 1/14 final mərhələsində hansı komandalar qarşılaşacaq?

5 Dekabr 2011 12:12 (UTC+04:00)
Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir mərhələsinin cütlükləri müəyyənləşib. Siasport.az saytı Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu mərhələdə "Bakı" – AZAL, "Qəbələ" – "Qarabağ" və "Kəpəz"-"Neftçi" oyunları keçiriləcək. "Xəzər-Lənkəran"a rəqib olacaq "İnter"-"Turan" oyununun qalibi isə matç yarımçıq qaldığı üçün müəyyən edilməyib. Buna "Turan" komandasının oyunu vaxtından əvvəl tərk etməsi səbəb olub. Qeyd edək ki, kubok yarışlarının dörddəbir final mərhələsinin ilk oyunları martın 7-8-də, cavab görüşləri isə martın 13-14-də keçiriləcək.