Dəhşətli qəzada ölənlərin şəxsiyyəti məlum oldu

5 Dekabr 2011 10:39 (UTC+04:00)
Bakı Quba yolunun 30-cu km-də baş verən dəhşətli yol qəzasının təfərrüatları və ölənlərin şəxsiyyəti məlum olub. Baş Dövlət Yol Polis İdarəsindən SIA-ya verilən məlumata görə, Bakı-Quba yolunun 39-cu kilometrliyində 33 yaşlı Füzuli Müslüm oğlunun idarə etdiyi "Mercedes" markalı yük maşını qarşıdan gələn 24 yaşlı Hacıyev Əli Zakir oğlunun idarə etdiyi "BMW" markalı minik maşını ilə toqquşub. Toqquşma nəticəsində "BMW"də güclü yanğın baş verib. Yanğın qısa zamanda "Mercedes"ə də keçib. Avtomobillərdə olan sürücülər də daxil olmaqla 8 nəfər yanaraq ölüb, 1 nəfər isə yaralanıb. Ölənlər isə \"Mercedes\"-in sürücsü Füzuli Müslüm oğlu, "Mercedes\"in sərnişini,Bakı sakini, 18 yaş, Baxşıyev Nicat Dəmir oğlu, \"BMW\"nin sürücüsü, 24 yaş, Sumqayıt sakini Hacıyev Əli Zakir oğlu, \"BMW\"nin sərnişini "N" saylı hərbi hissənin zabiti, 33 yaşlı Babayev Ramin Nadir oğlu, və Səlimov Vüsal Eyvaz oğludu. \"BMW\"-də ölən digər 3 sərnişinin şəxsiyyəti hələ ki məlum deyil. \"BMW\"nin sərnişini 27 yaşlı Əliyev İlkin Mehman oğlu isə ağır vəziyyətdə xəstəxanaya catdırılıb. Hazırda onun vəziyyəti orta ağırdı.