Yaponiyada 4,4 bal gücündə zəlzələ baş verib

5 Dekabr 2011 10:36 (UTC+04:00)

Bu gün səhər saatlarında Yaponiyanın Miyaqi prefekturasında, qəzalı vəziyyətdə olan "Fukusima-1" Atom Elektrik Stansiyasının yaxınlığında yenidən 4,4 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, yeraltı təkanların episentri Miyaqi əyalətində, ocağı isə 50 kilometr dərinlikdə yerləşir. Yaponiya Milli Meteorologiya İdarəsinin verdiyi məlumata görə, sunami təhlükəsi yoxdur. Dağıntı və tələfat barədə məlumat verilmir. Həmçinin yeraltı təkanlar qonşuluqdakı beş ərazidə hiss olunub.

Qeyd edək ki, AES-in operatoru "Tokyo Electric Power" şirkətindən bildirilib ki, zəlzələ stansiyada heç bir təhlükə yaratmayıb.