SİA-nın məlumatına görə, 10-13 yaşlı yeniyetmələrin musiqi müsabiqəsində Y.Həsənov ölkəmizi "Məşhur mahnıların ifaçısı" nominasiyasında təmsil edib.
Avstriya, Ukrayna, Almaniya, Rusiya və Macarıstanın aparıcı mədəniyyət xadimlərinin daxil olduqları münsiflər heyəti müsabiqədə təmsilçilərin səs, səhnə mədəniyyəti, ifaçılıq qabiliyyəti və repertuar zənginliyini dəyərləndirib.
Yasin Həsənov "Euro Pop Contest Berliner Perle" diplomu ilə mükafatlandırılıb.