Futbol üzrə Azərbaycan millisi Şimali İrlandiya yığması ilə Belfastın “Windsor Park” stadionunda qarşılaşacaq

4 Dekabr 2011 12:41 (UTC+04:00)
Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə səfərdə keçirəcəyi oyunun yeri (stadionu) müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Şimali İrlandiya – Azərbaycan qarşılaşması 2012-ci il noyabrın 14-də Belfast şəhərindəki "Windsor Park" stadionunda keçiriləcək.